EN

Tehran qapalı iclasın əleyhinədir

Abbas Əraqçi Böyük Britaniya, Fransa, ABŞ və daha 3 ölkənin İslam Respublikasının artan uranın zənginləşdirilməsi sürətini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsi tələbini tənqid edib.

Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, İranın xarici işlər naziri bildirib:

“Bəzi ölkələrin tələbi ilə Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsi yeni və qəribə təcrübədir. Bu görüş onun keçirilməsini tələb edən ölkələrin xoş niyyətini şübhə altına alır. Ümid edirik ki, Təhlükəsizlik Şurası öz əsas vəzifəsini - sülh və təhlükəsizliyin qorunmasını yerinə yetirəcək və bəzi ölkələrin təsirinə boyun əyməyəcək".

Martın 11-də mənbələrə istinadən xəbər verib ki, BMT Təhlükəsizlik Şurası martın 12-də bağlı qapılar arxasında İslam Respublikasında zənginləşdirilmiş uran ehtiyatlarının artması məsələsini müzakirə edəcək. İclas Təhlükəsizlik Şurasının üç daimi üzvü - Böyük Britaniya, Fransa və ABŞ-ın və daha 3 ölkənin - Yunanıstan, Panama və Cənubi Koreyanın müraciəti əsasında keçiriləcək.


Telegram kanalımız
Chosen
22
yenisabah.az

1Sources