EN

FHN-in Tibb Xidmətinin rəisi istefa verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən istefa verib.

Qaziler.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenant Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.

Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

FHN-in Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub.

Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə təyin edilib. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev isə ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunub.

Chosen
104
26
qaziler.az

10Sources