EN

Kiyev atəşkəsə razılaşdı - ABŞ-nin bu təklifi dəstəkləndi

Ukrayna atəşkəs rejiminin həyata keçirilməsinə hazırlaşacaq işçi qrupu yaratmağa hazırdır.

News24.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa polşalı həmkarı Radoslav Sikorski ilə birgə mətbuat konfransında deyib.

“Rusiya tərəfinin mövqeyini gözləyirik. Amerika tərəfi onlarla əlaqə saxlayacaq. Biz öz tərəfimizdən bu atəşkəsə necə nail olmaq üçün yol xəritəsini hazırlayacaq müvafiq qrup yaratmağa hazırıq”, - deyə nazir bildirib.

Nazir xatırladıb ki, bir gün əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşdə “Ukrayna Amerika tərəfinin 30 günlük müvəqqəti atəşkəs təklifini dəstəkləyib və qəbul edib”.

“İndi Amerika tərəfi bu məsələ ilə bağlı Rusiya tərəfi ilə əlaqə saxlayacaq. Vurğulamaq istəyirəm ki, Ukrayna ən çox bu müharibənin bitməsini və ədalətli sülhün əldə olunmasını istəyən ölkədir. Bu, çox vacibdir", - deyə diplomat qeyd edib.

Aynurə


Chosen
19
news24.az

1Sources