Bakı. Trend:
Martın 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdəsəfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti QordanaSilyanovska-Davkovanın başçılıq etdiyi nümayəndə heyəti iləgörüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunubildirən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, iki ölkəarasında siyasi əlaqələrin inkişafında yüksək səviyyəli səfərlər vəgörüşlər xüsusi rol oynayır. Spiker bu səfərin ölkələrimiz arasındamünasibətlərin daha da genişlənməsinə güclü təkan verəcəyinəinamını ifadə edib.
Vurğulanıb ki, bu səfər Azərbaycan və Şimali Makedoniya arasındadiplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi ilə üst-üstədüşür. Ötən illər ərzində Azərbaycan və Şimali Makedoniya dostluq,qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanaraqikitərəfli əlaqələr qurublar.
Söhbət zamanı qeyd olunub ki, bu gün iqtisadiyyat, ticarət,sərmayə, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdəəlaqələri gücləndirmək və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşıperspektivlər mövcuddur və bu məsələlər ölkə başçıları arasındakeçirilən görüşdə müzakirə edilib.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şimali MakedoniyaRespublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycanıdost və yaxın ölkə adlandırıb. O, ölkəsinin Azərbaycanla əlaqələrininkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçiridyigörüş barədə təəssüratlarını bölüşüb. O, yaşıl enerjiyə keçidinperspektivləri, Azərbaycanın bu sahədə gördüyü işlər, COP29konfransının və XII Qlobal Bakı Forumunun bu sahəyə verəcəyi mühümtöhfələr barədə fikirlərini açıqlayıb.
Söhbət zamanı spiker Sahibə Qafarova diqqətə çatdırıb ki,ikitərəfli və çoxtərəfli əlaqələrə müsbət və əhəmiyyətli təsirgöstərən amillərdən biri parlamentlər arasındakı qarşılıqlıəlaqələrdir. Bu baxımdan qanunverici orqanları arasındamünasibətlərin daha da genişləndirilməsinin, o cümlədən beynəlxalqparlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsininvacibliyi qeyd edilib.
Söhbət zamanı Milli Məclisin sədri qonağa Azərbaycanın öztorpaqlarını azad edərək ərazi bütövlüyünü və suverenliyi bərpaetməsi, Ermənistanla sülh prosesinin gedişi, Azərbaycanın Avropaölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolubarədə məlumat verib.
Görüşdə təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığınəhəmiyyəti qeyd olunaraq, vurğunaıb ki, humanitar sahədə əməkdaşlıqölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinəmühüm töhfə verir. Prezident Qordana Silyanovska-DavkovaAzərbaycanın zəngin mədəni irsə malik olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələraparılıb.