EN

Fevralda əhali 252 milyon manatlıq dizel və benzin alıb

2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 523,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı məhsulları satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-fevral ayına nisbətən 6,7%  çoxdur.

Bu ilin 2 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,7% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Təkcə fevral ayı ərzində əhali 252 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb.

Chosen
39
1
fed.az

10Sources