EN

Cin Baderşnayder: "Azərbaycan bərpa olunan enerji sahəsində qlobal enerji mərkəzinə çevrilə bilər"

Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində böyük potensiala malikdir və bu imkanlar ölkəni dünyanın aparıcı enerji mərkəzlərindən birinə çevirə bilər.

“Report” xəbər verir ki, bunu “Fortescue Ltd.”nin Direktorlar Şurasının üzvü, *“ExxonMobil”*in keçmiş vitse-prezidenti (2000-2013) və İnsan Alverinə Qarşı Qlobal Kampaniyanın rəhbəri Cin Baderşnayder bildirib.

O vurğulayıb ki, son illərdə Avropanı dəstəkləmək üçün istifadə olunan resurslar, eləcə də külək, günəş və hidroenerji sahəsində zəngin potensial Azərbaycanın qlobal enerji mərkəzinə çevrilməsi üçün unikal imkanlar yaradır.

“Dünya dəyişir və mən bunu hiss edirəm. Biz iqlim dəyişikliyi də daxil olmaqla, fəal tədbirlər tələb edən ciddi qlobal çağırışlarla üzləşirik. Ötən il Azərbaycan COP29 çərçivəsində mühüm öhdəliklər götürərək və mürəkkəb müzakirələri dəstəkləyərək dünya arenasında özünü təsdiqlədi. İndi isə COP29-dan COP30-a keçid dövrünü müzakirə edirik. Azərbaycanın sədrliyi nəticəsində yaradılmış güclü platforma daha da möhkəmlənəcək”, - deyə C.Baderşnayder bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ekzistensial problemdir və Azərbaycan bu qlobal çağırışın həllində mühüm rol oynayır.

Chosen
8
report.az

1Sources