Naxçıvan, 12 mart, AZƏRTAC
Cari ilin yanvar–fevral ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 33,4 milyon manat vergi daxil olub.
Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10,8 faiz və ya 3,2 milyon manat çoxdur.
Ödənilən vergilərin 65,3 faizi qeyri-dövlət, 34,7 faizi isə dövlət sektorunun payına düşüb.