EN

ABŞ-yə 30 gündən artıq səfər edəcək Kanada vətəndaşlarına yeni tələblər qoyulub

ABŞ ölkə ərazisinə 30 gündən artıq müddətdə səfər edəcək Kanada vətəndaşları üzərinə məcburi qeydiyyatla bağlı tələblər qoyub...

APA-nın məlumatına görə, bu barədə xəbəri “AFP” yayıb.

Bildirilib ki, haqqında bəhs olunan prosedur zamanı bu qəbildən olan şəxslərin əl-barmaq izləri də götürüləcək.

Həmin addımın iki ölkə arasındakı gərginliklə əlaqəli olduğu ehtimal edilir.

Poliqon.info

Chosen
7
2
poliqon.info

3Sources