EN

ABŞ Rusiyadan döyüşü dayandırmağı xahiş etdi - Moskvanın cavabı...

Amerika Birləşmiş Ştatları Rusiyanı Ukrayna ərazisində hərbi əməliyyatların dayandırılması imkanlarını nəzərdən keçirməyə dəvət edir və bu təklifə cavab gözləyir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransında bildirib.

“Biz Rusiyadan xəbər gözləyirik və onları bütün hərbi əməliyyatları dayandırmağa çağırırıq”, - Rubio bildirib.

O qeyd edib ki, danışıqlar Rusiya ilə Ukrayna arasında münaqişənin həllinin yeganə yoludur. Eyni zamanda, dövlət katibi hərbi əməliyyatların mümkün bərpasının qarşısını almaq üçün “geri çəkindirəcək fakt”ın zəruriliyini vurğulayıb.

Marko Rubio, həmçinin əlavə edib ki, ABŞ Ukraynanın sülh danışıqlarına hazır olmasından çox şaddır.

Chosen
17
50
publika.az

10Sources