EN

Ceyhun Bayramov iranlı həmkarı ilə strateji əhəmiyyətli layihələri müzakirə etdi

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslamRespublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasındatelefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, telefon danışığı zamanıAzərbaycan-İran ikitərəfli və regional münasibətlərindən irəligələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov mövcud Azərbaycan-İran əlaqələrinininkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb.

Azərbaycan və İran arasında enerji, nəqliyyat və investisiyasahələrində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyətdaşıdığı qeyd edilib. Xüsusilə, İran ərazisindən keçən nəqliyyatdəhlizlərinin, eləcə də Azərbaycanın qərb regionları ilə onunNaxçıvan Muxtar Respublikasını birləşdirəcək infrastrukturlayihələrinin region üçün yeni imkanlar yaratdığı diqqətəçatdırılıb.

Tərəflər, həmçinin iki ölkə arasında ticarət və iqtisadiəlaqələrin inkişafı məqsədilə hökumətlərarası iqtisadi komissiyanınrolu qeyd olunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
17
36
az.trend.az

10Sources