EN

Dövlət Komitəsi: Boşanmaq üçün təşəbbüs göstərənlərin 70 faizi qadınlardır VİDEO

Boşanmaq üçün təşəbbüs göstərənlərin 70 faizi qadınlardır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisdə "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda keçirilən ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Şöbə müdiri bildirib ki, doğulan uşaqların cins nisbətində də ciddi problem var və bu səbəbdən reproduktiv sağlamlıqla bağlı qanunun qəbulu vacibdir.

Taliyə İbarahimova həmçinin vurğulayıb ki, qəsdən adam öldürmə cinayətlərinin əksəriyyəti ailə-məişət zəminindədir. O,  Aliment Fondunun yaradılmasının da gündəmdə olduğunu vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
31
xezerxeber.az

1Sources