İki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının görüntüləri işıqforda gözləyən avtomobilin videoqeydiyyatçısı tərəfindən qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə ABŞ-nin Luiziana ştatının Baton-Ruj şəhərində baş verib. Minik avtomobili manevr etmək istəyən zaman sürətlə hərəkətdə olan motosikletlə toqquşub.
Videoda zərbənin təsirindən nəqliyyat vasitələrində yanğının baş verdiyi də əks olunub.
Yerli medianın məlumatına görə, qəza nəticəsində 23 yaşlı motosikletçi (kişi cinsi) və “Honda Accord” markalı minik avtomobilinin 18 yaşlı xanım sürücüsü ölüb.
Sözügedən qəzanın videosunu təqdim edirik:
Namiq Musayev