Bakı. Trend:
Son günlər Bakının bütün küçə və prospektlərində günün istənilənsaatında tıxacdır.
Bəs bunun səbəbi nədir?
Mövzu ilə ilə bağlı nəqliyyat məsələləri üzrə ekspertRauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, tıxac böyükşəhərlər üçün gözlənilən haldır.
"Lakin Bakıda yaranan tıxacın fərqi odur ki, qısa məsafədə fərdinəqliyyatla hərəkət edənlərin sayı çoxdur. Bayramlarda və xüsusigünlərdə bu hal daha da artır. Çünki belə günlərdə adi günlərdənfərqli olaraq, restoranlara, kafelərə gedən insanların sayı çoxolur. Bu da şəhər yollarında sıxlığı artırır", - o qeyd edib.
Ekspert vurğulayıb ki, son bir il ərzində paytaxtda eyni küçədəfərqli hərəkət üçün imkanlar yaradıldı. Belə ki, eyni küçədəavtobus zolağı, velozolaq çəkildi:
"Bəzi küçələrdə səkilər bərpa olundu. Bu məsələlərə ciddi diqqətayrılmalı, təbliğat, təşviqat işləri aparmalıyıq. Qısa məsafələrəgedərkən mikromobillik vasitələrinə və piyada hərəkətə üstünlükverilməlidir. Lakin piyada səkiləri zəbt edilir. Bunların aradanqaldırılması üçün vətəndaşlar aktiv olmalı, aidiyyəti qurumlaryaranmış problemləri həll etməlidir.
Piyada səfərləri üçün yaxşı şəraitli müəyyən keçidləryaradılmalıdır. Ümumiyyətlə, mikromobillik, avtobus zolaqlarında,piyada səkilərində və zebralarında zəbt hallarına qarşı nəzarətgücləndirilməlidir. Belə olduğu halda avtomobillə hərəkət edənşəxslərin müəyyən qismi yaradılmış şəraitə yönələcək. Bu dagündəlik sıxlığın qismən azalmasına təsir edəcək".
R.Ağamirzəyev qeyd edib ki, məsələlərə qlobal yanaşsaq, relslinəqliyyatın inkişafı önəmlidir.
"Daha çox sərnişini daşımaq üşün metro, tramvay, şəhərətrafıelektrik qatarı şəbəkəsi nə qədər çoxalsa, şəhər küçələrindəkisıxlığın azalmasına müsbət təsir edəcək".
Nəqliyyat məsələləri üzrə ekspert Fuad Əliyevqeyd edib ki, Bakı şəhərində son günlər tıxacların artması ciddinarahatlığa səbəb olub:
"Şəhər ərazisindəki tıxacların intensivliyi, həmçinin, yolhərəkətinin sıxlığı, xüsusilə iş saatlarında daha da artır. Buvəziyyətin bir neçə səbəbi mövcuddur və bu məsələyə kompleksyanaşmaq lazımdır. Əhalinin artması, şəhərdəki iqtisadi inkişaf vəorta gəlirin yüksəlməsi nəticəsində, daha çox insan şəxsi avtomobilalmağa başlayıb. Bununla əlaqədar, şəhərin mövcud infrastrukturununbu qədər avtomobili idarə etməyə yetərli olmaması tıxaclarınyaranmasına səbəb olur.
Bakıda küçələrdəki avtomobillərin sayı çoxaldıqca, şəhərin bəziəsas magistral yollarında sıxlıq müşahidə edilir. Bakıdakı bəzimagistral yollar hələ də köhnəlmiş infrastrukturla işləyir. Böyükhissəsi şəhər mərkəzinə yaxın olan bu yollarda, xüsusilə piksaatlarda, avtomobillərin sıxlığı ciddi şəkildə artır. Bəziyollarda yeni tikinti layihələri və təmir işləri aparılsa da, budəyişikliklər ümumilikdə tıxacların aradan qaldırılması üçünyetərli olmur".
Ekspert qeyd edib ki, tıxacları azaltmaq üçün müəyyən həllərvar.
"Belə ki, tıxacları azaltmaq üçün velosiped yolları və skuteristifadəsi təşviq edilməli, insanlar şəxsi avtomobillər yerinəalternativ nəqliyyat vasitələrindən istifadə etməlidirlər.
Elektrikli skuterlər və velosipedlərin daha geniş yayılmasıtıxacların azaldılmasına kömək edər. Bundan başqa,metrostansiyaların sayı və Abşeron dairəvi xəttində stansiyalarınsayı artırılmalıdır", - deyə o qeyd edib.