EN

Məhkəmə Saakaşvili haqda qərar verdi

Tiflis Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitinin mənimsənilməsi işi üzrə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.

Gundem.az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Məlumata görə, hökmü hakim Badri Koçlamazaşvili oxuyub. Məhkəmə Saakaşvilinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanı da təqsirli bilib, lakin o, yalnız 3000 lari (1000 dollardan çox) cərimə ilə azadlığa buraxılıb.

Chosen
18
3
gundem.az

4Sources