Kanadada keçiriləcək G7 ölkələrinin Xarici İşlər Nazirləri Toplantısı öncəsi Almaniyanın xarici işlər naziri Annalena Baerbock birlik ölkələrini Rusiya Prezidenti Vladimir Putinə qarşı birləşməyə çağırıb.
Baerbock Putinin Ukraynada məqsədlərinə çatmamasının əsas səbəbinin ukraynalıların cəsarəti və G7-nin dəstəyi olduğunu vurğulayıb.
O, sülhün yalnız güc və birliklə mümkün olduğunu qeyd edib və G7-nin əməkdaşlığının sabitlik və təhlükəsizlik gətirdiyini bildirib.
Nazir Avropada gələcəkdə təhlükəsizlik və müdafiə məsələlərində daha çox işlərin görüləcəyini qeyd edib.
Baerbock, hÉ™mçinin dünyada dÉ™yÉ™rlÉ™ri paylaÅŸmayan vÉ™ sülh istÉ™mÉ™yÉ™n güclÉ™rin birliyi pozmaÄŸa çalışdığını, buna qarşı G7-nin É™sas rolunu vurÄŸulayıb./teleqraf Â