EN

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

"Aznews.az" xəbər verir ki, bununla bağlı İcra Hakimiyyətinin başçısı Cabbar Musayev əmr imzalayıb.

Əmrə əsasən, İmran Qərib oğlu Məmmədov Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

İmran Məmmədov 12 mart 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının kollektivinə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.

Chosen
19
27
aznews.az

10Sources