EN

İran dini lideri Trampın məktubuna rədd cavabı verdi, savaşa hazır olduqlarını dedi: "Amerikalılar və onların ünsürləri səhv edərsə..."

İran ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın hazırkı administrasiyası ilə danışıqlara "yox" deyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə  Tehrandakı iqamətgahında ölkənin hər yerindən gələn tələbələrlə görüşündə söz açıb.

ABŞ prezidenti Donald Trampın Tehranla danışıqlar və ona məktubla bağlı mesajına toxunan Xamneyi bildirib ki, qarşı tərəfə inanmaq mümkün deyil: "Biz danışıqlara hazırıq, sülh əldə etmək istəyirik. Lakin bütün bunlar qarşı tərəfin "İran bunu etmək istəmir” deməsi üçün bir oyundur. Bəs İran niyə danışıqlara hazır deyil? Özünüzdən soruşun! Tramp ilk dönəmində özü nüvə sazişindən ölkəsini geri çəkdir. Biz bir neçə il oturub danışıqlar apardıq, sonra eyni adam bitmiş, başa çatmış və imzalanmış sənədi  masadan götürüb cırb atdı. İndi belə biri deyir ki, gəlin danışaq. Bunun nəticə verməyəcəyini bildiyimiz halda, biz yenidən nə danışacağıq? ABŞ-ın hazırkı administrasiyası ilə danışıqlar təkcə sanksiyaların götürülməsinə gətirib çıxarmayacaq, hətta sanksiyaları daha da gücləndirəcək. Eyni zamanda, baxın, hələ bizi müharibə ilə də hədələyir. Əlbəttə, müharibə təktərəfli ola bilməz. İran cavab vermək gücünə sahibdir. İstənilən hücuma mütləq cavab verəcəyik. Amerikalılar və onların ünsürləri səhv edərsə, bundan ən çox zərər çəkən onlar olacaq. Təbii ki, müharibə yaxşı bir şey deyil və biz müharibə arzulamırıq...".

Tahir Şəlvəli
MİA.AZ

Chosen
11
2
mia.az

3Sources