Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatında təmsilçimiz qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, turnirdə finala qədər yüksəlməyi bacaran Elnurə Məmmədova həlledici görüşdə Yekaterina Karpuşkina ilə qarşılaşıb. 3-0 hesabı ilə qələbə qazanan idmançımız 53 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Qeyd edək ki, bu gün yarışda qadınlar arasında mübarizəyə yekun vurulacaq.