USAID Ukraynanın enerji sektoruna dəstək paketini ləğv etdi
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAD) Ukraynanın Energetika Sahəsinə Dəstək Fondu ilə dəyəri 75 milyon dollar olan müqaviləni ləğv edib. Manset.az xəbər verir ki, bu barədə ABŞ-nin “Energy Community” təşkilatının internet saytında məlumat dərc edilib.
Bildirilib ki, rəsmi Kiyevə bu barədə bildiriş hələ fevralın 27-də göndərilib.
Ayrılacaq vəsaitin hesabına energetika sahəsində dayanıqlılığı təmin edəcək avadanlıqların alınması nəzərdə tutulurdu.