EN

İran, Çin və Rusiya arasında Pekində kritik görüş

İran, Çin və Rusiya arasında nüvə məsələləri və sanksiyaların ləğvinə həsr olunmuş üçtərəfli görüş keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verilib.

Onun sözlərinə görə, planlaşdırılan danışıqlarda həmçinin regional və beynəlxalq məsələlər, eləcə də BRİKS və ŞƏT çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Görüş barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin də təsdiqləyib.

Onun sözlərinə görə, görüşdə Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov, İranı isə nazir müavini Kazım Qaribabadi təmsil edəcək.

Chosen
10
2
axar.az

3Sources