EN

ÇL-in qalibi kim olacaq? - Superkompüter proqnozu yenilədi

"Opta" superkompüteri, 2024/2025 UEFA Çempionlar Liqasının qalibi olmağa əsas namizədin adını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, turnirin 1/8 final mərhələsinin ilk cavab oyunları başa çatdıqdan sonra, PSJ-nin Avropanın ən nüfuzlu klub yarışında qalib gəlmək şansı ən yüksək olaraq 20,3% göstərilib.

Çempionlar Liqasının qalibi olmaq üçün ilk 10 namizədin siyahısı belədir:

1. PSJ - 20,3%

2. "Barselona" - 19,6%

3. "Arsenal" - 18,5%

4. "İnter" - 16,6%

5. "Real Madrid" - 10%

6. "Bavariya" - 9,2%

7. "Aston Villa" - 2,4%

8. “Atletiko” – 1,8%

9. "Lil" - 0,9%

10. "Borussiya" - 0,5%

Maraqlıdır ki, bir həftə əvvəl “Liverpul” "Opta"ya görə favorit hesab olunurdusa, dünən İngiltərə klubu PSJ-yə ümumi hesabda (1:0, 0:1 (1:4 pen.)) uduzaraq, kuboka iddialılar arasından çıxıb.

Chosen
12
90deqiqe.az

1Sources