EN

Görür xəbərdarlıq etdi: Bu ərazidə daha çox zəlzələ olacaq...

Türkiyəli geoloq Naci Görür Türkiyədə zəlzələ olacağı bağlı xəbərdarlıq edib.

Gundem.az xəbər verir ki, geoloq bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

“Diləkli-Yüksəkova, Hakkaridə 5 bal gücündə zəlzələ oldu. Bu zəlzələ Bitlis-Zaqros bölgəsi daxilindədir. Gözlədiyimiz bir zəlzələ idi. 2023-cü il 6 fevral zəlzələlərindən sonra bu zona Şərqi Anadolu ilə Ərəbistan lövhələri arasında sıxıldı. Daha çox zəlzələ gözlədiyimiz bir zonadır”, - Görür bildirib.

Qeyd edək ki, AFAD-ın məlumatına görə, İraqın Ərbil şəhərinin Merqasur rayonunda 11 martda saat 21:03-də 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib. Zəlzələ Hakkari, Bitlis və Şırnakın rayonlarında da hiss olunub.

Chosen
40
4
gundem.az

10Sources