EN

Aİ Tacikistanın sərhəd zonasında sığınacaqlara 3 milyon avro AYIRACAQ

Aİ Tacikistanın sərhəd zonasında sığınacaqların tikintisinə 3 milyon avro ayıracaq.

İnterpress.az xəbər verir ki, Tacikistan mediası məlumat yayıb.

Avropa İttifaqı Tacikistanın Qırğızıstan və Özbəkistanla həmsərhəd olan Suqd vilayətində sığınacaq və digər obyektlərin tikintisi üçün 3 milyon avro ayıracaq.

Bölgə ən çox 2021 və 2022-ci illərdəki sərhəd münaqişələri zamanı zərər çəkib, münaqişə tərəfləri atıcı silah və minaatanlardan istifadə ediblər.

Qeyd olunur ki, bu cür obyektlərin tikintisi “fövqəladə vəziyyətlərə operativ reaksiya verməyə, zərər çəkmiş əhaliyə vaxtında yardım göstərməyə, hətta potensial qaçqınlar üçün müvəqqəti sığınacaq tapmağa imkan verəcək”.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
15
interpress.az

1Sources