EN

Maskerano: “Messi özünü yaxşı hiss edir”

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Lionel Messinin durumu haqda danışıb.

Futbolpress.az xəbər verir ki, 37 yaşlı futbolçu əzələ problemlərinə görə komandasının son 3 matçını buraxıb. Ulduz forvardın növbəti KONKAKAF Çempionlar Kubokunda “Kavalers”lə oyunda meydana qayıdacağı düşünülür. Bu barədə Maskerano mətbuata məlumat verib:

“Leo bizimlə Yamaykaya gedəcək. Sabah onun ilk 11-də meydana çıxacağına, yoxsa əvəzedicidə gələcəyinə qərar verəcəyik. Messi bu səhər əla məşq etdi və bütün məşqi komanda ilə keçirdi. O, özünü yaxşı hiss edir”.

“Kavaler” – “İnter Mayami” matçı cümə axşamı Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

Chosen
20
futbolpress.az

1Sources