EN

Gürcüstanın spikeri: İğtişaşlar Aİ tərəfindən maliyyələşdirilən təşkilatlar tərəfindən təhrik edilib

“Ötən il Tbilisidə etiraz aksiyaları zamanı iğtişaşlar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşkilatlar tərəfindən təhrik edilib”.

“Report”un məlumatına görə, bunu “Rustavi-2” telekanalına müsahibəsində Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

İllər boyu biz fəxr edirdik ki, gürcü etirazı zorakılıqsız idi. Söhbət gürcülərin etirazına gələndə ağacda bir yarpaq belə tərpənməzdi. İndi isə nəinki yarpağı çevirir, həm də maşınları yandırır, “Molotov kokteyli” atırdılar. Bütün bunlar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşkilatlar tərəfindən təhrik edilib”, - deyə o vurğulayıb.

Chosen
16
19
report.az

10Sources