EN

Baş katib: “BMT Rusiya-Ukrayna münaqişəsində atəşkəsi alqışlayacaq”

“Rusiya-Ukrayna münaqişəsində atəşkəs əldə edilsə, BMT bunu alqışlayacaq və atəşkəsin uzunmüddətli sülhə çevriləcəyinə ümid edəcək”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT Baş katibi Antoniu Quterriş deyib.

“Şübhəsiz ki, Ukraynada atəşkəsi alqışlayardıq, çünki çoxlu insan həlak olub. Atəşkəs, şübhəsiz ki, müsbət haldır və ümid edirik ki, bu, reallaşacaq və ədalətli sülhə yol açacaq”, - Quterreş qeyd edib.

Bizim.Media

Chosen
16
2
bizim.media

10Sources