EN

Ərdoğandan Tuska tarixi hədiyyə - FOTOLAR

Prezident Rəcəb Tayyib Ərdoğan Polşanın Baş naziri Donald Tusk Türkiyədə rəsmi səfərdədir.

 

Sfera.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu iqamətgahında rəsmi mərasimlə qarşılayıb.

 

Mərasimdən sonra Ərdoğan və Tusk arasında ikitərəfli görüş keçirilib. Daha sonra rəsmilər mətbuata birgə açıqlamalar veriblər.

 

Tusk sosial media hesabında Ərdoğanın ona verdiyi 280 illik hədiyyəni paylaşaraq bu sözləri yazıb:

 

“Rəcəb Tayyib Ərdoğan, bu hədiyyəyə görə təşəkkür edirəm. 1745-ci ildə Polşadan Osmanlı baş vəzirinə yazılmış məktub. Ölkələrimiz arasında sülh və dostluq simvolu. Hələ də qüvvədədir”.(Qafqazinfo)

 




Chosen
39
3
sfera.az

4Sources