EN

11 yaşlı azərbaycanlı ABŞ-da olimpiadaya vəsiqə qazandı

Salyan rayon sakini Aylin Babayeva ABŞ-ın Boston şəhərində riyaziyyat fənni üzrə olimpiadaya vəsiqə qazanıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Aylin bundan əvvəl riyaziyyat fənni üzrə yerli və beynəlxalq olimpiadalarda uğurlara imza atıb.

O, rayonun Çuxanlı kəndində yaşayır, Salyan şəhər tam orta məktəbin 5-ci sinfində oxuyur.

“Dördüncü sinifdən yerli və beynəlxalq olimpiadalarda iştirak edirəm. Gümüş medallara layiq görülmüşəm. Sonralar mütəmadi olaraq yarışlara qatıldım”, - A.Babayeva bildirib.

Hazırda on bir yaşlı məktəbli 44 qızıl, 4 gümüş, 2 bürünc medala sahibdir. Bir neçə kuboka sahib çıxmaqla bərabər, 300-ə yaxın sertifikat və diplomla mükafatlandırılıb.

O, sonuncu dəfə ötən ilin dekabrın 27-də Bakıda keçirilən MathXCELvə CogATXCEL adlı beynəlxalq olimpiadaya qatılıb. 44 ölkə arasında keçirilən olimpiadada 96 mümkün baldan 89 bal toplayaraq gümüş medala layiq görülüb və okeanın o tayında finalda iştirak etmək hüququ qazanıb.

A.Babayeva ABŞ-dan sonra iyulda Sinqapurda keçiriləcək riyaziyyat fənni üzrə olimpiadaya hazırlaşır.

Chosen
11
8
bakivaxti.az

9Sources