Premyer Liqanın 2024-25 mövsümündə 300-cü qol vurulub.
Sportinfo.az xəbər verir ki, bu top 26-cı turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununda qeydə alınıb.
Bu tura qədər qapılara ümumilikdə 298 qol vurulmuşdu.
“Liv Bona Dea Arena”dakı matçda “Qarabağ”ın ilk qoluna imza atan Nəriman Axundzadə həm də cari mövsüm 300-cü topun müəllifi olub. Premyer Liqanın geridə qalan dönəmində ümumilikdə 304 qol qeydə alınıb
Premyer Liqada 26-cı tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.