EN

"Volkswagen" Almaniya ordusu üçün silah istehsalına başlaya bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur "Volkswagen" avtomobil şirkəti Almaniya ordusu üçün hərbi texnika istehsalı imkanlarına açıqdır.
Oxu.Az-ın "The Telegraph" nəşrinə istinadən xəbərinə görə, bu barədə "Volkswagen Group"un baş direktoru Oliver Blyum bildirib.
Nəşrin məlumatına görə, bu variant avtomobil ixracının 50% azalması səbəbindən nəzərdən keçirilir ki, bu da zavodların ehtiyat gücündən istifadə etməyə imkan verəcək.
"The Telegraph"ın yazdığına əsasən, şirkət hələlik heç bir rəsmi müraciət almasa da, rəhbərlik bu cür layihələri nəzərdən keçirməyə hazırdır.
Oliver Blyum qeyd edib ki, hazırkı geosiyasi vəziyyətdə Avropa müdafiə xərclərini artırmalıdır və əgər hərbi maşınlara ehtiyac yaranarsa, "VW" istehsal imkanlarını qiymətləndirməyə hazırdır.
Chosen
30
1
oxu.az

10Sources