UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.

“Atletiko” evdə İspaniyanın digər təmsilçisi “Real”la üz-üzə gəlib. İlk oyun “Real”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşsa da, cavab görüşündə “Atletiko” 1:0 qalib gəlib. Cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Real” 1/4 finala yüksəlib.

“Lill” səfərdə heç-heçə oynadığı Dortmund “Borussiya”sına evdə uduzaraq mübarizəni dayandırıb. PSV İngiltərədə “Arsenal”ın qonağı olub. Londonlular ilk oyundakı darmadağının davamını gətirə bilməsələr də, heç-heçə ilə kifayətlənərək mərhələ adlayıblar. “Brügge” də “Aston Villa”ya uduzaraq mübarizəni dayandırıb.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları

12 mart

“Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) 1:2
Qollar: C.David, 5 – E.Can, 54-pen. Beyer, 65.
İlk oyun - 1:1.

“Atletiko” (İspaniya) - “Real” (İspaniya) 1:0 (penaltilər 2:4)
Qol: Qallaxer, 1.
İlk oyun - 1:2.

“Arsenal” (İngiltərə) - PSV (Niderland) 2:2
Qollar: Zinçenko, 6. Rays, 37 – Perişiç, 18. Drioş, 70.
İlk oyun - 7:1.

“Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika) 3:0
Qollar: Asensio, 50; 61. Maatsen, 57. 
İlk oyun - 3:1.