EN

Ronaldo prezident olmayacaq – Qapılar üzünə bağlandı

İkiqat dünya çempionu Ronaldo Braziliya Futbol Konfederasiyasının prezidenti postuna namizəd olmayacağını açıqlayıb.

Publika.az xəbər verir ki, Ronaldo bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

“Növbəti seçkilərdə Braziliya Futbol Konfederasiyasının prezidentliyinə namizəd olmaq istəyimi açıq elan etdikdən sonra niyyətimdən əl çəkdiyimi rəsmən elan edirəm. Qərar vermə gücünə malik olan əksəriyyət Braziliya futbolunun etibarlı əllərdə olduğunu bildirdiyi üçün, mənim fikrimin heç bir əhəmiyyəti qalmadı. .

Chosen
34
publika.az

1Sources