EN

ÇL: "Real" əzəli rəqibini penaltilərlə yendi, "Aston Villa"dan darmadağın

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə də dörd matç baş tutub.

“Atletiko Madrid” öz meydanında əzəli rəqibi “Real Madrid” ilə qarşılaşıb. İlk oyunda “Kral klubu” 2:1 hesablı qələbə qazansa da, cavab görüşündə “qırmızı-ağlar” 1 qol vuraraq ümumi hesabı bərabərləşdiriblər. Cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Real” 1/4 finala yüksəlib.

Fransanın “Lill” komandası qonaq qismində heç-heçəyə razılaşdığı  Dortmund “Borussiya”sına evdə yenilərək turnirlə vidalaşıb. PSV Niderlannda 1:7 hesabı ilə məğlub olduğu "Arsenal" ilə İngiltərədə bərabərliyə razılaşıb. “Brügge” isə Belçikada boyun əydiyi “Aston Villa”ya ikinci dueldə böyük hesabla uduzaraq turniri tərk edib.

Xatırladaq ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
12 mart

“Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) 1:2

Qollar: David, 5 – Can, 54-pen. Beyer, 65.
İlk oyun – 1:1.
 

“Atletiko Madrid” (İspaniya) - “Real Madrid” (İspaniya) 1:0 (penaltilər 2:4)

Qol: Qallaxer, 1.
İlk oyun – 1:2.
 

“Arsenal” (İngiltərə) - PSV (Niderland) 2:2

Qollar: Zinçenko, 6. Rays, 37 – Perişiç, 18. Drioş, 70.
İlk oyun – 7:1.
 

“Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika) 3:0

Qollar: Asensio, 50; 61. Maatsen, 57. 
İlk oyun – 3:1.
 

Chosen
4
fanat.az

1Sources