Ulduz futbolçu "Real Madrid"in "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, "kral klubu" Vitinyanı heyətinə cəlb etməyi planlaşdırır.
Bu barədə futbol agenti Luis Koelyo "X" hesabında paylaşım edib.
"Real" yarımmüdafiəçinin keçidi üçün yay "transfer pəncərəsi"ndə PSG-yə təklif irəli sürməyə hazırlaşır.
Qeyd edək ki, portuqaliyalı oyunçu 2024/25 mövsümündə Paris klubunun forması ilə 38 oyuna çıxıb və 6 qola, 2 məhsuldar ötürməyə imza atıb.