EN

İftarını su ilə açdı, yeməyini yemədən öldü - 13 yaşlı Hüseynin faciəvi sonu - FOTO

Bakıda 13 yaşlı oğlan binadan yıxılaraq dünyasını dəyişib.

Titul.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə martın 11-də axşam saatlarında paytaxtın Xətai rayonu, Babək prospekti, 70 ünvanında baş verib.

2012-ci il təvəllüdlü Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

Mərhumun babası Ədalət Tanrıverdiyev bildirib ki, hadisə baş verən gün nəvəsi oruc tutubmuş: "Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, amma razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi".

Hüseyn daha sonra eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb. Hadisədən isə ilk olaraq onun altı yaşlı bacısı xəbər tutub.

Hüseyn Bakı şəhəri, Nizami rayonunda 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırdı. O, əlaçı idi.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Chosen
16
11
titul.az

10Sources