EN

Argentinada polis etiraz edən təqaüdçüləri həbs edib

Buenos-Ayresin mərkəzində keçirilən etiraz aksiyası zamanı polis əməkdaşları 150 nəfəri həbs edib.

“Report” xəbər verir ki, bu barədə Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç “LN+” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, nümayişlər zamanı 15 polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, martın 12-də Argentina paytaxtının mərkəzində konqres binasının yaxınlığında etiraz aksiyası keçirilib. Burada yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edən təqaüdçülərlə yanaşı, onlara dəstək olmaq üçün gələn futbolsevərlər də iştirak edib. Meydanda və ətraf küçələrdə toplaşan iki minə yaxın insan təqaüdlərin azlığından və yaşayışın bahalığından narazılıqlarını bildiriblər.

Chosen
17
report.az

1Sources