EN

Şimali Koreya hərbçiləri Suma daxil ola bilər - Polkovnik

Şimali Koreya hərbçiləri Sum vilayətinə daxil ola bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Sergey Qrabskı deyib.

"Rusların hərəkətlərini proqnozlaşdırmaq çox çətindir. Çünki xatırlayırsınızsa, hələ sentyabr ayında general Budanov qeyd etmişdi ki, itkilərin səviyyəsini nəzərə alsaq, ruslar Donbasda irəliləmələrini dayandırmalı idilər. Amma onlar buna məhəl qoymurlar", - deyə o bildirib.

O, Rusiyanın Kursk vilayətində döyüşən Şimali Koreya hərbçilərinin Sum vilayətinə daxil ola bilib-bilməyəcəyi ilə bağlı bunları deyib:

"Şübhəsiz ki, daxil ola bilərlər. Sərhəddə elə bir dəqiq nişan yoxdur ki, bura Rusiya, bura isə Ukraynadır. Onlar döyüş tapşırıqlarını yerinə yetirirlər. Üstəlik, Novenkoye bölgəsində irəliləyiş əsas logistik magistralı kəsmək məqsədi ilə döyüş tapşırığının icrası kimi görünür".

Chosen
1
axar.az

1Sources