EN

Xəstələr məmurlara aid klinikalara göndərilir – 50 faizi bağlanacaq – VİDEO

Azərbaycanda bir çox klinika bağlanacaq.
 
 Bu barədə “Səhiyyə TV”nin rəhbəri və bir neçə özəl klinikanın sahibi Azər Xudiyev Baku TV-nin efirində deyib.
 
İcbari Tibbi Sığorta məsələsinə toxunan A.Xudiyev xəstələrin məmurlara aid olan klinikalara göndərildiyini vurğulayıb:

“Bu gün özəl klinikaların maddi durumu pisləşib, çünki ora müraciət edən xəstələrin sayı azalıb. Buna görə də özəl klinikalar çalışır ki, fərqli xidmət göstərsin, investisiya yatırsın və s. Bu, heç bir qurumun problemi deyil. Burada fərqli subyektiv məsələlər var. İcbari Tibbi Sığorta ilə müraciət edən xəstələr dövlət təşkilatlarına göndərilir. Orada keyfiyyətli xidmət göstərilmir, xəstələr uzun növbələrdə qalır. Və biz məcburi göndərişlərlə özəl tibbi xidməti məhv edirik.

Vətəndaş öz maaşından ayırır ki, “mən icbari tibbi sığorta ilə təmin olunum”. Amma o, keyfiyyətli xidmət almır. Burada subyektiv məqamlar var.

Xəstələr ya dövlət xəstəxanalarına göndərilir, ya da məmurlara bağlı klinikalara. Mən sizə əminliklə deyirəm ki, bir neçə ilə bu gün fəaliyyət göstərən klinikaların 50 faizi bağlanacaq”./medicina.az

Daha ətraflı videoda:
 
 

Chosen
26
4
azia.az

5Sources