EN

Bu sahələrdə 4 günlük iş həftəsi tətbiq olunmalıdır - Ekspert

Bəzi ölkələrdə 4 günlük iş həftəsi tətbiq olunur. Bəzi ölkələr 5 günlük iş həftəsində saatları azaldır və buna bənzər bir çox təcrübələr həyata keçirirlər. Məqsəd isə işçilərin stressini azaltmaq və məhsuldarlığı artırmaqdır. Bu kimi təkliflər, şirkətlərin həyata keçirdiyi bu strategiyalar həqiqətən effektli olurmu? Hansı işlərdə 4 günlük iş həftəsini tətbiq etmək vacibdir? 

HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Valyuta.az-a bildirdi ki, 4 günlük iş həftəsini daha çox avropa ölkələrində tətbiq olunur: “Digər ölkələrdə iş saatını, stresi azaltmaqla bağlı tendensiya yoxdur. Bu üsulun təbii ki stresi azaldaraq, məhsuldarlığı artırmaq yolunda rolu var. Məsələn, işçi saat 9 da işə gəlir. Səhər tezdən gələn işçi bir başa işə gələn kimi işləməyə başlamaya bilər. Bəzi yerlərdə səhər yeməyi yeyilir, kofe içilir. Səhər 10 da işə başlanması daha doğru olar. Həmçinin axşam saat 5 dən sonra iş qrafikinin sonuna gəlindiyi üçün çox da produktiv iş həyata keçilmir. 4 günlük iş qrafikini tətbiq edən ölkələr var. Statistika göstərir ki, bu qərarla bağlı müsbət tendensiyalar var amma bu yenidir. Biz bu tendensiyanı 1-2 gündə ölçə bilmərik, gərək illər keçsin".

Biz əvvəl 6 günlük iş qrafikini ləğv etməliyik

İ.Mirzəzadə deyir ki, 4 günlük iş həftəsini daha çox onlayn və ofis işlərində tətbiq etmək olar: “Amma 4 günlük iş həftəsini dövlət qurumları, istehsalat, xidmət sektoru və.s kimi iş yerlərində tətbiq etmək qeyri-mümkündür. Çünki bu işlərdə 4 günlük iş həftəsi tətbiq olunarsa, əksinə şirkətlər zərər görə bilər. 4 günlük iş həftəsi Azərbaycan üçün çox tezdir. Biz hələ 5 və 6 günlük iş qrafikindən istifadə edirik. Bizim üçün əsas məsələ 6 günlük qrafikin ləğv olunmasıdır. Təbii ki, bu, əvvəl könüllü, sonra məcburi surətdə olmalıdır. Ondan sonrakı illərdə  baxmaq olar ki, bəzi işlərdə 4 günlük iş qrafiki tətbiq olunsun. Belə bir vəziyyəti də unutmayaq ki, nəticə baxımından hər kəs 4 günlük iş həftəsinə öyrəşəcək və eyni stress səviyyələri yenidən yaranacaq. Bu bir müddət azalsa da, iş streslidisə, sonra yeniden eyni vəziyyət yaranır. Yəni, iş stresslidirsə, orada saaatın çox və yaxud az olmasının fərqi yoxdur".

Sərvanə Rəmixanova

Chosen
3
1
valyuta.az

2Sources