Bu ilin ilk iki ayında Azərbaycanda 19 milyard 72,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,2% artım deməkdir.
Bəs bu cüzi artımın əsas səbəbləri nədir və bu tendensiya ilin qalan dövründə də davam edə bilərmi?
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib ki, bu göstərici gözlənilən haldır:
"Hazırda neft ixracatında və neft qiymətlərində enmə müşahidə olunur ki, bu da ÜDM-in cüzi artımına təsir göstərib. Lakin ümumi daxili məhsulun artımı illik göstəricilərlə hesablanır və mart ayının sonunda rəqəmlərdə dəyişiklik müşahidə edə bilərik. İlin sonuna qədər isə ÜDM istehsalında müəyyən artım gözlənilir."
Ekspert ilin qalan dövründə iqtisadiyyatın inkişaf perspektivlərini pozitiv qiymətləndirir və neft qiymətləri ilə yanaşı qeyri-neft sektorunda da aktivliyin artacağını proqnozlaşdırır.
Â
Pərvanə Fərhadqızı
QHT.az