EN

Zelenski ABŞ-dan dəstək istədi: Rusiya atəşkəsi qəbul etməsə...

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya “30 günlük dərhal atəşkəs” təklifini qəbul etməsə, “ABŞ-dan güclü addımlar” gözləyəcək.

Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşünü dəyərləndirib.

Ciddə görüşünün əhəmiyyətinə diqqət çəkən Zelenski qeyd edib ki, bu danışıqlar ABŞ-ın ölkəsinə yardımının bərpası və müharibənin sona çatması istiqamətində “ilk addım”dır.

Zelenski “Düşünürəm ki, Səudiyyə Ərəbistanında keçirilən görüş Rusiyanın Ukrayna ilə ABŞ arasında münasibətləri tamamilə gərginləşdirmək planlarını pozdu”, - deyə bildirib.

Zelenski, Rusiyanın ABŞ-ın verdiyi "30 günlük fövqəladə atəşkəs" təklifini rədd edərsə, "ABŞ-dan güclü addımlar" gözləyəcəklərini bildirib və əlavə edib: "Rusiyaya qarşı sanksiyaların tətbiqi və ya təzyiq göstərilməsi istiqamətində atılacaq gələcək addımlar Amerika tərəfdən asılı olacaq. Bu, Rusiya tərəfi ilə dialoqdan asılı olacaq" deyib.

ABŞ və Avropanın bu müharibəni bitirməyə hazır olması lazım olduğunu deyən Zelenski, "Mən bunu dəfələrlə vurğulamışam. Heç birimiz (Ukraynada) ruslara güvənmirik, bunu yaşadıq. Mən çox ciddiyəm və mənim üçün müharibənin bitməsi vacibdir. Bu gün hər şey Rusiyanın atəşkəs və "sükut" istəməsindən asılıdır" fikirlərini səsləndirdi.

Chosen
1
kommersant.az

1Sources