EN

"Azərreyl"in voleybolçusu: "Fiziki baxımdan sona qədər mübarizə aparmağımız sayəsində qalib gəldik"

Fiziki baxımdan sona qədər mübarizə aparmağımız sayəsində qalib gəldik.

"Report" xəbər verir ki, bunu "Azərreyl"in hücumçusu Roman Merkuşov Yüksək Liqanın XV turunda “Murov Az Terminal”la matçdan sonra Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

Voleybolçu sadə vəziyyətdə səhvlər buraxdıqlarını deyib:

“İlk növbədə komandamı çətin qələbə münasibətilə təbrik edirəm. Oyun ərzində çoxlu səhvlər etdik. Görüşü ümumi setlərdə 2:0 hesabı ilə davam etdirib bitirə də bilərdik. Amma sadə vəziyyətlərdə etdiyimiz səhvlər qarşılaşmanın uzanmasına səbəb oldu. İstənilən halda yaxşı hazırlıq və rəqibin oyununu əvvəlcədən təhlil etməyimiz, fiziki baxımdan sona qədər mübarizə aparmağımız sayəsində qalib gəldik”.

Qeyd edək ki, "Azərreyl" - "Murov Az Terminal" matçı birincilərin 3:2 (27:25, 24:26, 19:25, 25:21, 15:10) hesablı qələbəsi ilə nəticələnib.

Chosen
2
report.az

1Sources