EN

Əsəd tərəfdarları kazarmalara hücum etdilər

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarı olan bir qrup silahlı Latakiya əyalətində kazarmalara hücuma cəhd ediblər. Bu barədə SANA agentliyi məlumat yayıb. Nəşr Müdafiə Nazirliyindəki mənbəyə istinad edib. 

Mənbənin sözlərinə görə, münaqişə hərbi obyektin girişində başlayıb. Təhlükəsizlik qüvvələri hücumun qarşısını ala bilib və dörd silahlını saxlayıb.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni rəhbərliyini dəstəkləyən təhlükəsizlik qüvvələri ilə Əsədə sadiq birliklər arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər eks-prezidentin ailəsinin mənsub olduğu dini azlıq sayılan ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.



Tural

Chosen
16
9
news365.az

10Sources