"Qonşularımızın ərazi bütövlüyünü tanıdığımızı bəyan edəndə, qonşularımızın ərazi bütövlüyünü tanımış oluruq, amma bunun daha dərin məqsədi var: biz öz ölkəmizin də ərazi bütövlüyünü tanımış oluruq".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Və sonra başa düşürsən ki, əslində sən özün də özünü o qədər də tanımırdın. Ən azından o mənada özümüzü tanımırdıq ki, ölkəmizin əraziləri bizə məlum deyildi və ölkəmizin ərazi bütövlüyünü o qədər də bilmirdik.
Biz ilk növbədə öz ölkəmizin ərazi bütövlüyünü tanımaq üçün qonşularımızın ərazi bütövlüyünü tanıyırıq. Sonra ölkəmizin ərazi bütövlüyünü niyə tanıdığımız barədə fikirlər olacaq. Bu həm də bizim reallıqda qaldırılan sualdır və əgər qaldırılırsa, biz buna cavab verməyə çalışmalıyıq", - deyə Paşinyan qeyd edib.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az