"Real Madrid"in hücumçusu Vinisius Junior "Atletiko" ilə oyunda yerli azarkeşlərlə insident yaşayıb.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalının cavab görüşündə 70-ci dəqiqədə penaltini qaçıran braziliyalı matçın 115-ci dəqiqəsində “kral klubu"nun çalışdırıcısı Karlo Ançelotti tərəfindən əvəzləyib.
"Relevo"nun məlumatına görə, o, meydanı tərk edərkən "Atletiko"nun tərəfdarlarının təzyiqinə məruz qalıb. Belədə hücumçu yerli azarkeşlərin davranışını cavabsız qoymayaraq onlata atmaca atıb: "Bizim 15 Çempionlar Kubokumuz var, sizdə sıfırdır".
"Atletiko Madrid" - "Real Madrid" oyunu Dieqo Simeonenin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə "Real Madrid" qalib gəldiyi üçün (2:1) matçın qalibi penaltilər seriyasında müəyyənləşib. "Real" zərbələri daha dəqiq yerinə yetirərək 1/4-ə adlayıb.