“Corablarınıza valeh oldum”.
Yenisabah.az AP-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Martın 12-də Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martin və vitse-prezident C.D.Venslə birlikdə görüş zamanı jurnalistlərin suallarını cavablandıran Tramp qəfildən barmağını Vensin corablarına tuşlayıb.
Üzərində İrlandiyaya xas dördyarpaqlı yonca rəsmi olan corablara işarə edərək o deyib: “Corablarınıza valeh oldum. Diqqətimi cəmləməyə çox çalışdım, amma corablar diqqətimi yayındırdı".
ABŞ prezidentinin bu sözləri otaqdakı şəxslərin ümumi gülüşünü doğurub.
Dördyarpaqlı yonca xristian Üçlüyünün (Üç Üqnum) rəmzi olaraq, 5-ci əsr Müqəddəs Patrik vasitəsilə İrlandiyada kök salıb. Müqəddəs Patrik İrlandiyanı xristianlaşdıran şəxs hesab olunur.
Telegram kanalımız