EN

Kiyevin danışıqlardakı mövqeyi Kurska görə zəiflədi - "Bloomberg"

Ukraynanın Rusiya ilə gələcək danışıqlarda Kursk vilayətinin işğal olunmuş ərazilərindən alver vasitəsi kimi istifadə etmək planları iflasa uğrayıb. Bu barədə Amerikanın Bloomberg agentliyi yazıb.


“Ukrayna Kurskda ələ keçirdiyi torpaqlardan danışıqlarda sövdələşmə predmeti kimi istifadə etmək niyyətində idi, lakin Rusiya indi bu ərazidə üstünlük əldə edir”, - müəllif qeyd edib.


Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Kursk vilayətində Ukrayna qoşunları üçün işlər pis istiqamətdə gedir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural

Chosen
4
news365.az

1Sources