EN

​"Beşiktaş" "Real"ın keçmiş ulduzunu istəyir

"Beşiktaş" "Real Betis"də çıxış edən İskonu transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçuya təklif göndərib. Məlumata görə, “Milan” klubu da futbolçunu transfer etməkdə maraqlıdır. Hər iki klubun təkliflərinin təfərrüatları dərc edilib. “Beşiktaş” və “Milan” İskoya indiki maaşının iki qatını təklif ediblər. Məlumata görə, “Beşiktaş” İskoya 3 illik, Milan isə 2+1 illik təklif edib.

Qeyd edək ki, "Real Betis" sərbəst qalma məbləğini 20 milyon avro olaraq təyin etdiyi İsko ilə 2027-ci ilə qədər müqavilə imzalayıb. Qeyd olunub ki, ispaniyalı futbolçu getmək istəsə, "Betis" rəhbərliyi bunu çətinləşdirməyəcək və sərbəst qalma məbləğindən az rəqəmi qəbul edəcək.

Chosen
4
metbuat.az

1Sources