Xocalı rayonunun Əsgərən qəsəbəsi ərazisində yol qəzası qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, "Körpü Bina Tikinti" MMC-yə məxsus "Shacman" markalı yük maşını idarəetməni itirərək yol kənarındakı beton dirəyə çırpılıb. Qəza nəticəsində sürücü xəsarətlər alıb, avtomobil yararsız hala düşüb. O, Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.