EN

“Kalaşnikov” “Kub” kamikadze dronlarının istehsalını daha da artıracaq

“Kalaşnikov” konserni 2025-ci ildə “Kub” yüksək güclü idarəolunan sursatların istehsalını əhəmiyyətli dərəcədə artıracaq.

Herbiand.az bildirir ki, bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.

“Kalaşnikov” nümayəndələri xatırladıblar ki, 2024-cü ildə idarəolunan sursatların istehsal həcmi 10 dəfə artırılıb. Elə həmin il konsern döyüş sursatlarının xaricə tədarükü üçün ilk müqaviləsini bağlayıb.

“Kub” düşmənin taktiki dərinliyində fərdi və qrup zirehli texnikasını məhv etmək üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ

Chosen
10
herbiand.az

1Sources